Nigeriyada gəmi qəzası: ölənlərin sayı 29-a çatıb

Nigeriyada gəmi qəzası: ölənlərin sayı 29-a çatıb

Nigeriyanın Kano əyalətində gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 29-a çatıb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, axtarış-xilasetmə tədbirləri nəticəsində daha 9 nəfərin meyiti çaydan çıxarılıb. Eyni zamanda, 9 nəfəri xilas etmək mümkün olub.

Yerli mətbuatın məlumatına görə, gəmi həddindən artıq yüklənmə səbəbindən batıb. Xəbərdə o da qeyd edilir ki, qəza zamanı gəmidə əksəriyyəti məktəblilər olmaqla 50-dən çox insan olub.