Keniyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Keniyanın Kitui əyalətində hərəkət edən zaman körpüdən keçərkən sərnişin avtobusunun çaya sürüklənməsi nəticəsində 31 nəfər həyatını itirib.
Yerli medianın məlumatına görə, Kitui qubernatoru Çariti Nqilu bildirib ki, toya gedən sərnişinlərin olduğu avtobusdakı digər 12 nəfər qəzadan sonra təhlükəsiz yerə çıxmağı bacarıb.
Bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən qubernator, ölənlərin sayının artması ilə bağlı narahatlığını dilə gətirib.