Avstraliya 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot edir. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison məlumat verib.
Baş nazir deyib ki, Avstarliya gələn ilin fevralına planlaşdırılan Olimpiadaya yüksək vəzifəli şəxsləri göndərməyəcək, lakin boykot idmançıların iştirakınatəsir etməyəcək.
Xatırladaq ki, bundan əvvəl ABŞ Pekin Qış Olimpiya Oyunlarını diplomatik şəkildə boykot etdiyini açıqlamışdı. Onun ardınca Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zjao Litszyan Pekinin boykotla bağlı ABŞ-a qarşı "kəskin əks tədbirlər" görəcəyini demişdi.