Ermənistanın baş prokurorluğu keçmiş müdafiə naziri Seyran Ohanyanın və həyat yoldaşının əmlakına həbs qoyub. yeniazerbaycan.com “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, eks-prezident Serj Sarkisyanın keçmiş mühafizə rəisi Vaçaqan Qazaryanın və ailəsinin əmlakına da həbs qoyulub.
Prokurorluq, həmçinin Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın, onun qızı və oğlu, habelə Dövlət əmlakının idarə edilməsi departamentinin keçmiş rəhbəri Arman Sahakyanın və keçmiş təbiəti mühafizə naziri Aram Harutyunyanın əmlakının mənşəyinin qanuniliyini də öyrənir.