Hollandiyada martın 17-dən davam edən siyasi böhran başa çatır. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, 4 siyasi partiya koalisiya hökuməti formalaşdırmaq üçün razılaşıb.
Belə ki, baş nazir vəzifələrini müvəqqəti icra edən Mark Ruttenin rəhbərlik etdiyi Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası, Demokratlar-66, Xristian Demokrat və Pravoslav Xristian Birlik partiyaları koalisiya hökumətində təmsil olunacaqlar.
M.Ruttenin böyük ehtimalla qurulacaq yeni hökumətin baş naziri olacağı bildirilir. Sözügedən koalisiya razılaşmasının çərşənbə axşamı sözügedən tərəflərə göndərilməsi və çərşənbə günü ictimaiyyətə ətraflı şəkildə açıqlanması gözlənilir.