ABŞ-ın Viskonsin ştatında buz bağlayan yolda zəncirvari qəza baş verib. yeniazerbaycan.com Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, 40 avtomobilin toqquşduğu yol ikitərəfli hərəkət üçün bağlanıb.
ABŞ-ın Viskonsin ştatının Dövlət Yol Patrulunun verdiyi açıqlamaya görə, səhər saatlarında idarəetmədən çıxan yük maşını 2 avtomobilə dəyib. Qəzadan sonra yanğın baş verib, arxadan gələn avtomobillər də qəzaya düşüb.
40 avtomobilin iştirakı ilə baş verən qəzadan sonra magistralın ikitərəfli hərəkətə bağlandığı açıqlanıb. Ölən və ya ciddi xəsarət alan olmasa da, xilasetmə və təmizləmə işləri davam edir.