BMT-nin baş katibi növbəti pandemiyaya hazırlaşmağa çağırıb

BMT-nin baş katibi növbəti pandemiyaya hazırlaşmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş dünya üçün səhiyyə böhranlarının davam edəcəyi barədə fikir bildirib. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, BMT-nin Baş katibi öz “Twitter” səhifəsində COVID-19 pandemiyasının bəşəriyyət üçün sonuncu olmadığını qeyd edərək, növbəti pandemaya hazırlaşmağın vacibliyini bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyası 2020-ci ilin noyabrında 27 dekabrı bütün dünyada Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Günü elan edib. Bu günün qeyd edilməsi münasibətilə  BMT-nin Baş katibi A.Quterreşin yaydığı bəyanatda deyilir: “COVID-19 bəşəriyyətin qarşılaşacağı son pandemiya olmayacaq. Bu sağlamlıq böhranı ilə mübarizə apararkən, növbəti böhrana hazırlaşmalıyıq. Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Günündə gəlin bu məsələyə diqqət yetirək və onun tələb etdiyi investisiyaları ayıraq”