Ukrayna DİN: “Xarkovun atəşə tutulması davam edir, Çerniqovda vəziyyət ağırdır”

Ukrayna DİN: “Xarkovun atəşə tutulması davam edir, Çerniqovda vəziyyət ağırdır”

“Ukraynanın Xarkov şəhərinin atəşə tutulması davam edir, Çerniqovda vəziyyət gərgindir”.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.

O, həmçinin, Xarkov yaxınlığında Rusiya odrusunun 488-ci motoatıcı alayının məhv edilməsi münasibətilə ukraynalıları təbrik edib.

Denisenkonun sözlərinə görə, gecə saatlarında Ukraynanın cənubuna - İzmail, Yujnı, Kiliya, Belqorod-Dnestrovskiyə hava hücumu olub.