Türkmənistanda prezident seçkilərində seçici fəallığı 97,12% olub

Türkmənistanda prezident seçkilərində seçici fəallığı 97,12% olub

Türkmənistanda növbədənkənar prezident seçkiləri başa çatıb. 

APA Türkmənistan Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, seçkilərdə seçici fəallığı 97,12% olub.

Xatırladaq ki, Fevralın 11-də Prezident Qurbanqulu Berdiməhəmmədov növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar verib. 

Prezident postu uğrunda 9 namizəd mübarizə aparır.