Liz Trass Böyük Britaniyanın yeni Baş naziri seçilib

Liz Trass Böyük Britaniyanın yeni Baş naziri seçilib

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib.

“Report” xəbər verir ki, məlumatı BBC yayıb.

Sentyabrın 5-də Mühafizəkarlar Partiyasına yeni lider seçkisi keçirilib. Siyasi təşkilatın sədri vəzifəsi uğrunda Liz Trass və paytaxt Londonun meri Rişi Sunak mübarizə aparıb.

Səsvermənin yekununda L.Trass qalib gəlib.