Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin sərəncamı ilə vəliəhd şahzadə Məhəmməd bin Salman Krallığın Baş naziri vəzifəsinə təyin edilib.
AZƏRTAC rəsmi Saudi Press agentliyinə istinadla xəbər verir ki, bu sərəncamadək Baş nazirin müavini (Krallığın hökumətinin başçısı Kral sayılırdı) və müdafiə naziri olan Məhəmməd bin Salman bundan sonra rəsmən Nazirlər Kabinetinin sədri olub. Lakin hökumətin iclasları əvvəllər olduğu kimi, Kral Salman bin Əbdüləzizin sədrliyi ilə keçiriləcək.
Kralın digər sərəncamı ilə müdafiə naziri vəzifəsinə şahzadə Xalid bin Salman təyin edilib.