Qırğızıstan parlamentinə yeni spiker seçilib

Qırğızıstan parlamentinə yeni spiker seçilib

Qırğızıstanın birpalatalı parlamentinin (Joqorku Keneş) deputatları yeni spiker təyin ediblər və Nurlanbek Şakiyev bu vəzifəyə layiq görülüb.

Ölkə parlamentinin mətbuat xidməti bu barədə məlumat yayıb.

Seçkilər gizli şəkildə keçirilib və parlamentin 80 deputatının lehinə səs verməsi nəticəsində Nurlanbek Şakiyevin yeni spiker vəzifəsinə təyinatı təsdiqlənib.

Xatırladaq ki, Nurlanbek Şakiyev 2021-ci ildə parlamentin deputatı kimi seçilib.