Rusiyanın Krasnodar vilayətinin Yeysk rayonunda matəm elan olunub.
Bu barədə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev jurnalistlərə bildirib.
Xatırladaq ki, oktyabrın 17-də axşam “Su-34” tipli hərbi təyyarənin Yelsk şəhərində yaşayış binasının həyətinə düşməsi və 9 mərtəbəli binada yanğın baş verməsi nəticəsində 13 nəfər, o cümlədən 3 uşaq həlak olub, 19 nəfər, o cümlədən 6 uşaq xəsarət alıb. Təyyarənin iki nəfərdən ibarət heyəti katapult edib.
Hazırda binada yanğın söndürülüb. Bərpa işlərinin yaxın günlərdə başa çatdırılacağı bildirilir.