Türkiyədə neft emalı zavodunda güclü yanğın başlayıb

Türkiyədə neft emalı zavodunda güclü yanğın başlayıb

Türkiyənin Kocaeli vilayətində Tüpraş neft emalı zavodunda güclü yanğın başlayıb.

Türkiyə KİV-lərin məlumatına görə, yanğın zavodun neft anbarlarının birində qeydə alınıb.

Yanğının qarşısının alınması üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Hadisə ilə bağlı hər hansı itkilər barədə məlumat verilmir.