Rusiyanın Kostroma şəhərində “Poliqon” kafesində yanğında ölənlərin sayı 15-ə yüksəlib.
Bu barədə TASS məlumat yayıb.
Yanğın zamanı daha 5 nəfərin yaralandığı da əlavə olunub.
Xilasetmə xidmətindən yanğın nəticəsində kafenin damının uçduğu bildirilib.
Məlumatda o da deyilir ki, ilkin ehtimala görə, yanğın pirotexniki vasitədən istifadədən baş verib. Ehtimal olunur ki, ov fişənginin atılması nəticəsində tavandakı dekorativ elementlər alovlanıb.
Hadisə zamanı kafedən 250 nəfər təxliyə olunub.