Zelenski əsirlərin “hamını hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib

Zelenski əsirlərin “hamını hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski əsirləri “hamını hamıya” prinsipi ilə dəyişməyə hazır olduğunu açıqlayıb.

 TASS xəbər verir ki, o, bunu G20 sammitinə videomüraciətində bildirib.

Ukrayna Prezidenti digər dövlətləri rəsmi Kiyevdən kompromisə getməyi tələb etməməyə çağırıb.

Xatırladaq ki, Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi tərəflərin əvvəlcədən razılaşdırdıqları siyahılar üzrə həyata keçirilir.