Rusiyanın Buryatiya Respublikasında “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
Baykal aeroportunda eniş edərkən qəzaya uğrayan helikopterin 3 nəfərdən ibarət heyəti həlak olub. Hadisənin helikopterin mühərrikinin yanması səbəbindən baş verdiyi bildirilir.