Parisdə atışma baş verib, ölən və yaralananlar var

Parisdə atışma baş verib, ölən və yaralananlar var

Fransanın paytaxtı Paris şəhərində 60 yaşlı naməlum şəxs şəhərin Engien küçəsində Colt 45 tipli tapançadan atəş açıb, ölən və yaralananlar var.

Bu barədə “Agence France-Press” şəhərin polis departamentinə istinadən bildirib.

Ən azı 2 nəfərin öldüyü qeyd olunub və bir neçə nəfər yaralanıb.

Həmçinin əlavə olunub ki, atəş açan şəxs artıq saxlanılıb.