Rumıniya ABŞ istehsalı olan beşinci nəsil “F-35” qırıcıları alacaq.
Bu barədə qərar Rumıniyanın ali rəhbərlərini və hüquq-mühafizə orqanlarının rəhbərlərini özündə birləşdirən Ali Müdafiə Şurasının üzvlərinin toplaşdığı iclasda qəbul edilib.
“Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi prosesi son nəsil “F-35” təyyarələrinin alınması ilə davam etdiriləcək. Beşinci nəsil çoxfunksiyalı aviasiya vasitələri ilə “Hava hücumundan müdafiənin əməliyyat potensialının reallaşdırılması konsepsiyası” təsdiq edilib”, - Rumıniya prezidentinin administrasiyasının saytında yerləşdirilən məlumatda deyilir.