İtaliyanın maliyyə polisinin və hava-dəniz qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində iki ton kokain müsadirə olunub.
400 milyon avro dəyərində olan narkotik vasitə Siciliya adasının şərq sahillərində ələ keçirilib. İşıqlı siqnal cihazı ilə təchiz olunan 70 sukeçirməyən xüsusi bağlamaya yığılan narkotik vasitənin yük gəmiləri tərəfindən dənizə atıldığı bildirilib. Hazırda ərazidə başqa bağlamaların olub-olmadığını müəyyən etmək üçün havadan kəşfiyyat yoxlamaları aparılır.
Qeyd edək ki, bu, təhlükəsizlik qüvvələrinin İtaliya sularında həyata keçirdiyi ən böyük əməliyyatlardan biridir.