Texasda ticarət mərkəzində atışma 9 nəfərin həyatına son qoyub

Texasda ticarət mərkəzində atışma 9 nəfərin həyatına son qoyub

Texas ştatının Allen şəhərində yerləşən ticarət mərkəzlərindən birində baş verən atışma nəticəsində 9 nəfər həlak olub. 

TASS xəbər verir ki, atışma “Allen Premium Outlets” ticarət mərkəzində baş verib. 

Binada olan şəxslərdən biri 30-a yaxın atəş səsi eşitdiyini iddia edir. Atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib.

CNN-in polisə istinadən verdiyi məlumata görə, insident nəticəsində ölən 9 nəfərdən 6-sı yerindəcə, digər 3 isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daha 7 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.