Özbəkistanda növbədənkənar prezident seçkisi keçiriləcək.
Yerli KİV xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.
Məlumata görə, bu mövcud konstitusiyaya əlavə və dəyişikliklərdən sonra ilk prezident seçkisi olacaq.
Bildirilib ki, əsas qanun parlamentin Aşağı Palatası tərəfindən qəbul edilərək Senat tərəfindən təsdiqlənib və dərc edildiyi andan qüvvəyə minib.