Çinin mərkəzi hissəsində yerləşən Çunçin şəhərində partlayış baş verib.
RİA Novosti-nin məlumatına görə, Ulun rayonunda baş verən hadisə nəticəsində insanlar dağıntılar altında qalıb, onların sayı hələlik məlum deyil.
Hadisə yerində təcili yardım briqadaları və xilasetmə xidmətinin əməkdaşları işləyir.
2020-ci il Çində Milli Siyahıyaalmaya görə Çunçində 32 milyondan çox insan yaşayır.