Meksikada avtobus qəzası nəticəsində 14 nəfər həlak olub

Meksikada avtobus qəzası nəticəsində 14 nəfər həlak olub

Meksikanın qərbində yerləşən Halisko ştatındakı Tukskueka-Sitala avtomobil yolunda kənd təsərrüfatı işçilərini daşıyan avtobusun divara çırpılması nəticəsində ən azı 14 nəfər həlak olub.

Statın Mülki Müdafiə Xidmətinin ilkin məlumatına görə, qəzaya nəqliyyat vasitəsinin əyləc sistemində yaranan nasazlıq səbəb olub. Qəza nəticəsində, həmçinin 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Avtobus yerli hakimiyyət orqanları ilə razılaşma əsasında giləmeyvə istehsalı ilə məşğul olan kompaniyanın əməkdaşlarını daşıyırmış. Qəza zamanı sürücünün də öldüyü bildirilir.