Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Böyük Britaniyanın Yorq Hersoqu, şahzadə Endryunu qəbul edib. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdiyi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.