Yeni Azərbaycan Partiyası xalqımızın ümummilli lideri, YAP - ın qurucusu Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar bir sıra kütləvi tədbirlər keçirəcək. YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri və Milli Məclisin deputatları dekabrın 12-də Fəxri Xiyabanda ümummilli liderin məzarını ziyarət edəcək, Ulu öndərin əziz xatirəsinə ehtiramlarını ifadə edəcəklər. Dekabrın 12 - də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Hyatt Regency” otelində Xalq yazıçısı Anarın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Unudulmaz görüşlər” kitabının təqdimat mərasimi keçiriləcək.