Prezidentin mətbuat xidmətinin məlumatında bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə telefonla zəng edib. Prezident İlham Əliyev Mixeil Saakaşvilini doğum günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Mixeil Saakaşvili göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.