Prezident İlham Əliyev "The Wall Street Journal"a müsahibə verib

Prezident İlham Əliyev "The Wall Street Journal"a müsahibə verib
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “The Wall Street Journal”ın müxbirlərinə müsahibə verib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu məsələ ilə bağlı fəaliyyəti, regional məsələlər, Azərbaycanda enerji sahəsində görülən işlər, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu və digər mövzularda suallara cavab verib.