Prezident İlham Əliyevin "Chevron" korporasiyasının vitse-prezidenti Cey Prior ilə görüşü olub

Prezident İlham Əliyevin "Chevron" korporasiyasının vitse-prezidenti Cey Prior ilə görüşü olub
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Chevron” korporasiyasının vitse-prezidenti Cey Prior ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Chevron” korporasiyası arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, enerji məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.