AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev Davosda Böyük Britaniyanın York hersoqu, şahzadə Endryu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub. Bu sahədə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.