Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Curgusun etimadnaməsini qəbul edib. Vladimir Curgus fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə dinamik inkişafından məmnunluq ifadə edilib, Azərbaycanın Serbiyada səfirliyinin açılması barədə qərarının önəmi vurğulanıb və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.