Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brahima Kulibalinin etimadnaməsini qəbul edib.
Brahima Kulibali fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf edəcəyinə əminliyini bildirib və diplomata ölkəmizdəki səfirlik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Brahima Kulibali qeyd edib ki, onun ölkəmizdəki diplomatik fəaliyyətinin əsas məramı iki ölkə arasında mövcud münasibətlərin inkişaf etdirilməsindən ibarət olacaq. Səfir bu istiqamətdə bütün səylərini əsirgəməyəcəyini deyib.