Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İspaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Klos i Mateonun etimadnaməsini qəbul edib.
Xuan Klos i Mateo fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Söhbət zamanı Azərbaycan ilə İspaniya arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.