Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul edib. Görüşdə Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, ölkəmizin Avropaya inteqrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.