Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul edib. Görüşdə insan haqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.