Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasselin etimadnaməsini qəbul edib. Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir Tomas Rassel etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Söhbət zamanı Azərbaycan ilə İrlandiya arasında əlaqələrin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu vurğulanıb və səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əməkdaşlığımızın genişlənəcəyinə əminlik ifadə olunub.