Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İran İslam Respublikası Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərini qəbul edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, energetika sahəsində əməkdaşlıq və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.