Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Polşa Respublikasının ölkəmizdəki səfirliyində olub.
Dövlətimizin başçısı Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin və xanımı Mariya Kaçinskanın, Polşa Prezidenti Administrasiyasının məsul işçilərinin, Senat və Seym üzvlərinin, Polşa ordusunun yüksək rütbəli zabitlərinin təyyarə qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.