Prezident İlham Əliyev Respublika Uşaq Xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə üç milyon manat məbləğində vəsait ayrılıb.