Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Yuri Merzlyakov ATƏT-in Minsk qrupunun Rusiyadan olan yeni həmsədri İqor Popovu dövlətimizin başçısına təqdim edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə edilib.