Prezident İlham Əliyev Avropa Şurası Baş katibinin müavini xanım Mod De Bur Bukikkionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Avropa Şurası Baş katibinin müavini xanım Mod De Bur Bukikkionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Avropa Şurası baş katibinin müavini xanım Mod De Bur Bukikkionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan cəmiyyətində qadınların rolu, müxtəlif hakimiyyət strukturlarında və ictimai təşkilatlarda qadınların iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.