Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısı abidənin önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyev İstiqlaliyyət küçəsindəki binaların fasadlarında, eləcə də paytaxtın Filarmoniya bağında həyata keçirilən yenidənqurma və abadlıq işləri ilə tanış olub, “Respublika” hotelində aparılan təmir və bərpa işlərinin gedişi ilə maraqlanıb.