Prezident İlham Əliyev ABŞ müdafiə naziri Robert Qeytsi qəbul edib

Prezident İlham Əliyev ABŞ müdafiə naziri Robert Qeytsi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da ölkəmizdə səfərdə olan ABŞ müdafiə naziri Robert Qeytsi qəbul edib. ABŞ müdafiə naziri Robert Qeyts Birləşmiş Ştatların Prezidenti Barak Obamanın məktubunu dövlətimizin başçısına çatdırıb. O, qeyd edib ki, ABŞ Prezidenti Barak Obama senator qismində ilk xarici səfərinin Azərbaycana etməsini məmnunluqla xatırlayır. Dövlətimizin başçısı məktuba görə minnətdarlığını ABŞ Prezidentinə çatdırmağı xahiş edib. Görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında hərbi sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.