Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri dünən başa çatıb. İstanbulun Atatürk Beynəlxalq hava limanında Azərbaycan Prezidentini Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Həmin gün Prezident İlham Əliyev Vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq hava limanında dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.