Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfər edib

Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfər edib
Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyasına işgüzar səfərə gəlib. Dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin “Pulkovo” hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşılayıblar.
*  *  *
Sankt-Peterburqda, “Konstantinovski” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın görüşü olub.