Azərbaycan Prezidenti İlham Əliyev Pal Şmitti Macarıstan prezidenti seçilməsi münasibətilə təbrik edib. Dövlətimizin başçısı təbrik məktubunda qeyd edib ki, biz Azərbaycan-Macarıstan əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcək.