Prezident İlham Əliyev İsveçin ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev İsveçin ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İsveçin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hans Qunnar Adeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə Azərbaycan ilə İsveç arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən danışılıb, ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.