Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən TOTAL şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə TOTAL şirkətinin Azərbaycanda fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.