Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradkeni (ABŞ), Bernar Fasyeni (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.