Dünən Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistan Prezidenti İslam Kərimov Daşkəndin mərkəzində yerləşən Forumlar Sarayına gəliblər.
Milli memarlıq üslubunda tikilmiş bu möhtəşəm bina haqqında dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, 2 min tamaşaçı yeri olan bu sarayda yüksək səviyyəli dövlət mərasimləri və beynəlxalq tədbirlər keçirilir.
özbəkistan Prezidenti İslam Kərimov dövlətimizin başçısı İlham Əliyevə binanın ətrafında Əmir Teymur bağında aparılan abadlıq-quruculuq işləri barədə də məlumat verib.